SİYASƏT
1 dəqiqə oxuma
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
Pakistan Ordusunun sözçüsü, general-leytenant Əhməd Şərif Çaudri Pakistan qüvvələrinin Səudiyyə Ərəbistanının müxtəlif əməliyyat zonalarında göndərildiyini təsdiqləyib
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib / AP

Pakistan Ordusunun sözçüsü, general-leytenant Əhməd Şərif Çaudri Pakistan qüvvələrinin Səudiyyə Ərəbistanının müxtəlif əməliyyat zonalarında göndərildiyini təsdiqləyib.

O, bu addımın uzunmüddətli ikitərəfli sazişlər və bu yaxınlarda imzalanmış Məkkə Müdafiə Sazişi çərçivəsində atıldığını bildirib.

CNN-ə müsahibə verən Çaudri Pakistan silahlı qüvvələrinin Krallıqdakı mövcudluğunun yenilik olmadığını vurğulayaraq, hərbi personalın on illərdir Səudiyyə Ərəbistanındakı həmkarları ilə çiyin-çiyinə fəaliyyət göstərdiyini qeyd edib.

Sözçünün bu açıqlamaları oktyabrın 5-də Ər-Riyadda keçirilən "Məkkə Müdafiə Alyansı Strateji-Siyasi və Müdafiə Komitəsi"nin iclasından sonra səsləndirilib.

Toplantıda Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə rəsmiləri təcili təhlükəsizlik məsələlərini və Krallığa qarşı yönələn təhdidləri müzakirə etmək üçün bir araya gəliblər. Görüş Yəməndə İran tərəfindən dəstəklənən husilərin Səudiyyə Ərəbistanı ərazisindəki mülki və iqtisadi infrastrukturu hədəf alan silsilə dron və raket hücumlarından sonra baş tutub.

Ər-Riyaddakı danışıqlar zamanı rəsmilər Krallığın suverenliyinə və ərazi bütövlüyünə edilən hücumlara qarşı ortaq etirazlarını təkrarlayıblar.