DÜNYA
1 dəqiqə oxuma
ABŞ Konqresinin üzvü: "Məkkə Birgə Müdafiə Sazişi Yaxın Şərqin NATO-su olmaq potensialına malikdir"
ABŞ Nümayəndələr Palatasının üzvü Co Vilson "Məkkə Birgə Müdafiə Razılaşması"nın Yaxın Şərqin NATO-su olmaq potensialına malik olduğunu vurğulayıb
ABŞ Konqresinin üzvü: "Məkkə Birgə Müdafiə Sazişi Yaxın Şərqin NATO-su olmaq potensialına malikdir"
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkədə qarşılıqlı müdafiə sazişi imzaladı.

ABŞ-də Respublikaçılar Partiyasının üzvü Co Vilson ABŞ-də fəaliyyət göstərən "X" şirkətinin sosial media platformasındakı hesabından Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan ittifaq sazişinə dair qiymətləndirmə aparıb.

Co Vilson deyib: "Məkkə Müdafiə Sazişi Yaxın Şərqin NATO-su olmaq potensialına malikdir. Husilərin İran tərəfindən dəstəklənən təcavüzü qarşısında ittifaqı hərəkətə keçirdiklərinə görə müttəfiqlərimiz Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanına minnətdaram”.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın Xarici İşlər nazirlikləri Məkkə Müdafiə Sazişinin Strateji Siyasət və Müdafiə Komitəsinin fövqəladə iclasının yekunlarına dair birgə bəyanat yayıblar.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı görüşdən sonra verilən birgə bəyanatda deyilib:

"Komitə kollektiv müdafiə öhdəliklərinin icrasına dərhal başlamağı, bu çərçivədə tərəflərin milli qanunvericiliyinə uyğun razılaşdırılmış hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi istiqamətində tədbirlər görməyi, hərbi inteqrasiyanı və kollektiv potensialı gücləndirməyi qərara alıb. Bununla da təhdidlərlə mübarizəyə dair hazırlıq vəziyyətinin, hərbi inteqrasiyanın və kollektiv potensialın gücləndirilməsi hədəflənir".