Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Türkiyəyə CAATSA çərçivəsində tətbiq edilən sanksiyaların ləğvi məsələsində müsbət mesaj verib, lakin bununla bağlı hələlik hər hansı bir qərar açıqlamayıb.
D.Tramp sanksiyaların ləğvini nəyin yubatması ilə bağlı suala cavabında belə deyib: “Prezident R.T.Ərdoğanla hər zaman danışaram. Bildiyiniz kimi, o mənim dostumdur. Onunla münasibətlərimizi hər zaman müsbət saxlanılmasını istəyərəm”.
D.Tramp iyul ayında Türkiyədə keçirilən NATO sammiti çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə CAATSA sanksiyalarını ləğv etmək istədiyini bildirmişdi. ABŞ Prezidenti, həmçinin rəsmi Ankara tərəfindən F-35 qırıcı təyyarələrinin alınmasına icazə verilməsini qətiyyətlə qiymətləndirəcəyini vurğulamışdı.
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasından sonra, 2019-cu ildə rəsmi Ankaranı F-35 proqramından çıxarıb. ABŞ Prezidenti Donald Tramp Türkiyəyə CAATSA çərçivəsində tətbiq edilən sanksiyaların ləğv olunması barədə müsbət mesaj versə də, hələlik hər hansı yekun qərar elan etməyib.




















