DÜNYA
1 dəqiqə oxuma
İran: Xarici işlər naziri Əraqçi ABŞ-dən aldığı son təklifi Prezident Pezeşkiana təqdim etdi
Təklif nazirlər kabinetində qiymətləndiriləcək
İran: Xarici işlər naziri Əraqçi ABŞ-dən aldığı son təklifi Prezident Pezeşkiana təqdim etdi
ABŞ-nin təklifi İran Prezidenti Pezeşkiana çatdı (ARXİV)

İran hökumətinin sözçüsü Fatimə Mühacirani xarici işlər naziri Abbas Əraqçinin fevral ayından bəri müharibə şəraitində olduqları ABŞ-dən aldığı son təklifi Prezident Məsud Pezeşkiana təqdim etdiyini bildirib.

Mühacerani mətbuat nümayəndələrinə verdiyi açıqlamada ABŞ-nin təklifi barədə məlumat verib.

Əraqçinin ABŞ-nin təklifini qəbul etdiyini və baxılması üçün Prezident Pezeşkiana təqdim etdiyini qeyd edən Mühacirani təklifin nazirlər kabinetində qiymətləndiriləcəyini vurğulayıb.

Mühacirani həmçinin əlavə edib: “Düşmənin İranı siyasi cəhətdən təcrid etmək cəhdlərinə baxmayaraq, İran nümayəndə heyəti (BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda olduğu müddətdə) bir çox Avropa, Fars (Bəsrə) körfəzi sahilyanı və digər ölkələrin rəsmiləri ilə intensiv diplomatik görüşlər keçirib”.