DÜNYA
1 dəqiqə oxuma
İsrailin Qəzzaya hücumu nəticəsində daha iki fələstinli həlak olub
İsrailin Qəzza zolağında yaşayış binasına endirdiyi hava hücumu nəticəsində iki nəfər həlak olub, uşaqlar da daxil olmaqla bir neçə nəfər yaralanıb
İsrailin Qəzzaya hücumu nəticəsində daha iki fələstinli həlak olub
İsrailin Qəzzaya hücumu nəticəsində daha iki fələstinli həlak olub

İsrailin Qəzza zolağında yaşayış binasına endirdiyi hava hücumu nəticəsində iki nəfər həlak olub, uşaqlar da daxil olmaqla bir neçə nəfər yaralanıb.

Məlumata görə, İsrail ordusu Qəzza şəhərinin Nəsr küçəsindəki mənzili PUA ilə hədəf alıb. Hücum nəticəsində mənzildə güclü yanğın baş verib və yaşayış binası tamamilə dağılıb. Hadisə bina sakinləri arasında böyük panikaya səbəb olub.

Yerli mənbələr hücum zamanı həlak olan şəxslərin İzzəddin əl-Bəyk və Mühənnid Əbu Ful olduğunu bildiriblər.

Hadisədən sonra İsrail tərəfi Qəzzada HƏMAS komandirini zərərsizləşdirdiyini irəli sürüb. İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yisrael Katzın yaydığı birgə açıqlamada bu ifadələrə yer verilib: "HƏMAS-ın Şimali Qəzza üzrə komandiri İzzəddin əl-Bəyk ötən gecə Qəzza zolağında öldürülüb".

HƏMAS məsələ ilə bağlı açıqlama verməyib.