Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın İranın 7 günlük atəşkəs təklifini rədd etdiyi bildirilir. ABŞ dövlət başçısının noyabrda keçiriləcək Konqres seçkilərindən sonra İrana qarşı hücumları bərpa etməyi nəzərdən keçirdiyi də iddia olunur.
Bu barədə "Wall Street Journal” qəzetinin adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, D.Tramp genişmiqyaslı müharibə əməliyyatlarını bərpa etməyə çox da həvəsli deyil. Buna səbəb kimi ABŞ-nin qismən azalan hərbi sursat ehtiyatı olduğu bildirilir.
Qeyd edək ki, İranın Xarici İşlər naziri Abbas Əraqçi Hörmüz boğazının gəmi nəqliyyatı üçün açılması məqsədilə ABŞ-yə 7 günlük plan təklifi təqdim etdiklərini bildirmişdi. Nazir yekun qərar vermək səlahiyyətinin isə rəsmi Vaşinqtona aid olduğunu vurğulamışdı.























