Livan Prezidenti Cozef Aun Suriyadan gələn nazirlərdən ibarət nümayəndə heyəti ilə görüşüb. Cozef Aun görüşdə regional iqtisadi inteqrasiyanın vacibliyini vurğulayıb.
Prezident balanslı münasibətlər və qarşılıqlı hörmət əsasında inkişaf etdirilməli olan geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.
TÖVSİYƏ EDİLƏN
Suriyanın iqtisadiyyat naziri Məhəmməd Nidal əl-Şaar isə Livana səfərin əsas məqsədinin iki ölkə arasında tərəfdaşlıq qurmaq, sülh, səmimiyyət və tarazlığa əsaslanan münasibətlərdə yeni səhifə açmaq olduğunu söyləyib.
Qeyd edək ki, Suriya nümayəndə heyətinin tərkibinə iqtisadiyyat, səhiyyə, turizm, kənd təsərrüfatı və nəqliyyat nazirləri daxildir.






















