TÜRK DÜNYASI
1 dəqiqə oxuma
Ahlatda evlərinə yerləşən Ahıska türkləri şəxsiyyət vəsiqələrinə də qovuşdular
Ukraynadan 2022-ci ildə təxliyyə edilərək Türkiyəyə gətirilən və keçən ay Bitlisinin Ahlat rayonundakı daimi yaşayış evlərinə yerləşdirilən Axıska türkləri Türkiyə Respublikası şəxsiyyət vəsiqələrini təhvil aldılar.
Ahlatda evlərinə yerləşən Ahıska türkləri şəxsiyyət vəsiqələrinə də qovuşdular
Ahlatda evlərinə yerləşən Ahıska türkləri şəxsiyyət vəsiqələrinə də qovuşdular

Ukraynadan 2022-ci ildə təxliyə edilərək Türkiyəyə gətirilən və keçən ay Bitlisin Ahlat rayonundakı daimi mənzillərinə yerləşdirilən Ahıska türkləri Türkiyə Cümhuriyyəti şəxsiyyət vəsiqələrini təhvil alıblar.

Rusiya-Ukrayna müharibəsi səbəbindən 2022-ci ildə Türkiyəyə gətirilərək keçən ay Bitlisin Ahlat rayonuna yerləşdirilən Ahıska türkləri Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq rayonda dinclik və təhlükəsizlik içində yaşamlarını davam etdirirlər.

Yaşadıqları torpaqlardan 1944-cü ildə müxtəlif ölkələrə sürgün edilən, 2022-ci ildə isə Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Ukraynadan təxliyə olunaraq əvvəlcə Elazığdakı müvəqqəti sığınacaq sahəsinə yerləşdirilən Ahıska türkləri üçün Ahlat rayonunda Tunis məhəlləsində 371 mənzil inşa edilib.

Keçən ay açarları təqdim olunan mənzillərə yerləşən Ahıska türkü ailələr həyata keçirilən prosedurlardan sonra Türkiyə Cümhuriyyətinin şəxsiyyət vəsiqələrini də təhvil alıblar.

Uzun illər davam edən köç və sürgün səbəbindən çətin günlər yaşayan ailələr indi onlar üçün salınmış yeni yaşayış massivində dinclik və təhlükəsizlik içində yaşamağa başlayıblar.

Ahıska türkləri çətinliklərlə keçən illərdən sonra həm evlərinə qovuşmağın, həm də Türkiyə Cümhuriyyəti vətəndaşı olmağın sevincini yaşayırlar.