Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) Rusiya ordusunun gecə radələrində təşkil etdiyi hava hücumunda 8 nəfərin həyatını itirdiyini, 22 nəfərin yaralandığını bildirib.
DSNS-in yaydığı yazılı bəyanatda Rusiya ordusunun gecə radələrində paytaxt Kiyevə hava hücumu həyata keçirdiyi barədə məlumat paylaşılıb.
Hücum nəticəsində 2 nəfərin həyatını itirdiyi və 8 nəfərin yaralandığı qeyd olunan bəyanatda "Kiyevdə gecə bombardmanı nəticəsində 50-dən çox mülki obyektə ziyan dəyib. Yaşayış binaları, poçt şöbələri, bir doğum evi və bir tekstil müəssisəsi dağılıb" ifadələri işlədilib.
Xarkov vilayətindəki bir təsərrüfata edilən hücum nəticəsində də 6 nəfərin həyatını itirdiyi, 12 nəfərin yaralandığı bildirilib.
Bəyanatda Odessa vilayətinə təşkil edilən hücumda isə 2 nəfərin yaralandığı qeyd olunub.
Ukrayna Ordusunun Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada da 7 raket və müxtəlif tipli 220 pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyi açıqlanıb.






















