DÜNYA
1 dəqiqə oxuma
BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edən Donald Tramp mühüm bəyanatlar verib
ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək daxili siyasət və qlobal məsələlərə toxunub
BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edən Donald Tramp mühüm bəyanatlar verib
BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edən Donald Tramp mühüm bəyanatlar verib

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək daxili siyasət və qlobal məsələlərə toxunub.

Çıxışının əvvəlində daxili iqtisadiyyatdan və qarşıdakı seçkilərindən danışan ABŞ lideri səkkiz müharibəyə son qoyduğunu irəli sürüb. İranla bağlı mesajlarını təkrarlayan Donald Tramp noyabrda keçiriləcək seçkilərindən sonra Tehranla razılığa gələcəklərinə inandığını bildirib.

"Hesab edirəm ki, seçkilərdən sonra biz saziş bağlayacağıq, çünki onların bundan imtina etməsinin mənası yoxdur", - Donald Tramp vurğulayıb.

Qəzza böhranına toxunan Donald Tramp Qəzza Sülh Şurasına üzv ölkələrin, o cümlədən Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və digər dövlətlərin bölgənin yenidən qurulması üçün milyardlarla dollar vəsait ayırdığını vurğulayıb.

Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün ciddi səylər göstərdiklərini bildirən Donald Tramp deyib: "Rusiya və Ukrayna liderləri ilə sıx əməkdaşlıq edirik, bu məsələnin öhdəsindən gələcəyik".

Kuba məsələsinə də toxunan Donald Tramp ölkə rejiminin uğursuzluğa düçar olduğunu vurğulayıb.

Qeyd edək ki, Donald Trampın çıxış zamanı Kuba nümayəndə heyəti etiraz olaraq zalı tərk edib.

Danimarka və Qrenlandiya ilə əldə etdikləri razılaşma çərçivəsində ABŞ-nin Qrenlandiyada iki böyük hərbi baza tikəcəyini açıqlayan Donald Tramp bunun ölkə təhlükəsizliyi üçün vacib olduğunu qeyd edib.

Araşdırma
Hələbdə hərbi ərazidə baş verən partlayışlarda 4 nəfər xəsarət alıb
İran İnqilab Keşikçiləri: Hörmüz boğazında MQ-1 PUA-sı vuruldu
Pakistanda məscid yaxınlığında partlayış olub, 15 nəfər ölüb
İran İslam İnqilabı Keşikçiləri Korpusu Toqo bayrağı altında üzən neft tankerinə hücum edib
ABŞ nümayəndələrinin Omanda husilərlə görüşdüyü irəli sürülüb
İsrail və Mərakeş diplomatik əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər
ABŞ Fələstin dövlət başçısı Mahmud Abbasın viza müraciətini rədd edib
İran Qeşm adası üzərində ABŞ-yə məxsus PUA-nı məhv etdiyini açıqlayıb
Səudiyyə Ərəbistanı Mekkə yaxınlığında husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb
Somali xalqı Türkiyəyə minnətdarlığını bildirib
ABŞ kosmosa silah yerləşdirdiyini ilk dəfə təsdiqlədi
Rusiya Ukraynaya ağır zərbələr endirib
İran Hormüz boğazının qərbində "MQ-1" tipli pilotsuz uçuş aparatını məhv edib
Pentaqon:’’İrana qarşı  müharibə ABŞ-nin sursat ehtiyatlarını tükədib’’
İsrail qüvvələri iki fələstinlini daha qətlə yetirdi
İsrail KİV-ləri:''R.T Ərdoğan Türkiyəni Yaxın Şərqdə regional aktora çevirib''
Rusiya MN:"Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna hücumları davam etdirdik"
BRİCS liderləri fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz ediblər
Səudiyyə Ərəbistanı ''Şərq-Qərb'' neft kəmərinin hədəf alındığını açıqladı
İsrail Qəzzaya ağır zərbələr endirdi, həlak olanlar var