Pentaqon rəsmisinin verdiyi məlumata görə, İrana qarşı hәyata keçirilәn әmәliyyat ABŞ-nin sursat ehtiyatlarını ciddi şəkildə tükədib və təchizatda maneələr yaradıb.
Fevralın sonundan iyun ayına qədər davam edən əməliyyat ümumilikdə 33,4 milyard dollara başa gəlib. Bu vəsaitin 22,3 milyard dollarından çoxu yalnız sursata xərclənib.
Məlumata əsasən hərbi əməliyyatlar zamanı ABŞ ordusu texniki itkilərlə də üzləşib. Belə ki, dörd ‘‘F-15’’ qırıcısı məhv edilib, bir ‘‘F-35’’ və yeddi yanacaqdoldurma təyyarəsinə ziyan dəyib, həmçinin 30-a yaxın dron məhv edilib.
Pentaqon orduda raketlərin və hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı barədə xəbərdarlıq edib. Prezident Donald Tramp isə yaranan narahatlıqlara cavab olaraq bildirib ki, Amerika fabrikləri əvvəlkindən daha çox və qabaqcıl silahlar istehsal edir.
























