DÜNYA
1 dəqiqə oxuma
İsrail ordusu Livana ağır zərbələr endirdi, ölənlər və yaralananlar var
Livan Səhiyyə Nazirliyi İsrail ordusunun ölkənin cənub və şərq bölgələrinə təşkil etdiyi hava zərbələri nəticəsində azı 3 nəfərin həlak olduğunu, 23 nəfərin isə yaralandığını bəyan edib
İsrail ordusu Livana ağır zərbələr endirdi, ölənlər və yaralananlar var
İsrail ordusu Livana ağır zərbələr endirdi, ölənlər və yaralananlar var / AFP

Livan Səhiyyə Nazirliyi İsrail ordusunun ölkənin cənub və şərq bölgələrinə təşkil etdiyi hava zərbələri nəticəsində azı 3 nəfərin həlak olduğunu, 23 nəfərin isə yaralandığını bəyan edib.

Nazirliyin məlumatına görə, sentyabrın 4-də axşam saatlarında həyata keçirilən hücumlar zamanı Tir, Nəbatiyyə, Bəkaa vadisində ümumilikdə 5 məntəqə hədəf alınıb. Xəsarət alanlar arasında qadınlar, uşaqlar və tibb işçilərinin də olduğu bildirilir.

İsrail ordusu hücumların "Hizbullah"ın İsrail hərbçilərinə qarşı təşkil etdiyi PUA zərbələrinə cavab xarakteri daşıdığını iddia edib. "Hizbullah" tərəfi isə hələlik bu iddialara cavab verməyib.

Livan rəsmilərinin məlumatına görə, iyun ayından bəri İsrail ordusu ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs rejimini 5 min dəfədən çox pozub.

Qeyd edək ki, martın 2-dən bəri İsrailin Livan ərazisinə endirdiyi zərbələr nəticəsində 4 300-dən çox insan həyatını itirib.