TÜRK DÜNYASI
1 dəqiqə oxuma
Prezident Ərdoğan: "Bütün dünyada sülh və sabitlik üçün çalışmağa davam edirik"
Prezident Ərdoğan “ŞƏT plyus” formatında görüşdə iştirak edən dövlət başçılarını 11-12 noyabr tarixlərində Antalyada keçiriləcək COP31 Zirvəsinə dəvət edib
Prezident Ərdoğan: "Bütün dünyada sülh və sabitlik üçün çalışmağa davam edirik"
Prezident Ərdoğan: "Türkiyə olaraq bütün dünyada sülh, əmin-amanlıq və sabitlik üçün çalışmağa davam edirik"

Prezidenti Rəcəb Tayyib Ərdoğan "ŞƏT plyus" formatında Bişkekdə keçirilən yüksək səviyyəli görüşdə çıxış edib.

Dövlət başçısı deyib: "Bütün sahələrdə yüksələn ulduz kimi baxdığımız Şanxay Təşkilatı ilə əməkdaşlığımızı inkişaf etdirməyə çalışacağıq. təxminən 3,5 milyard insanı əhatə edən, 35 trilyon dollar həcmində Ümumi Daxili Məhsula (ÜDM) malik olan ŞƏT son 25 il ərzində çoxqütblü nizamın ayrılmaz elementlərindən birinə çevrilib”.

Türkiyənin regiondakı münaqişələrin diplomatik yolla həlli üçün məsuliyyəti üzərinə götürdüyünü bildirən Ərdoğan İsrailin təcavüzkar siyasətinə də toxunaraq deyib: "İsrailin hücumları nəticəsində 74 mindən çox insanın həyatını itirdiyi Qəzza və Livanı unutmamalıyıq. Bütün bölgəmiz bu təcavüzkar siyasətin ağır bədəlini ödəyir".

Çıxışında iqlim dəyişikliyinin mənfi təsirləri ilə mübarizəyə də diqqət çəkən Prezident Ərdoğan ŞƏT sammitinin iştirakçılarını 11-12 noyabr tarixlərində Antalyada ev sahibliyi edəcəkləri COP31 Zirvə Toplantısına dəvət edib.