SİYASƏT
1 dəqiqə oxuma
Tramp İranla danışıqlar aparmadıqlarını və yaxın zamanda "nəsə baş verəcəyini" bildirib
"Bir çox insan bunun seçkilərdən sonra baş verəcəyini düşünür, nələr olacağını görəcəyik"
Tramp İranla danışıqlar aparmadıqlarını və yaxın zamanda "nəsə baş verəcəyini" bildirib
Tramp İranla danışıqlar aparmadıqlarını və tezliklə "nəsə olacağını" bildirib.

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar aparmadıqlarını və "bu və ya digər şəkildə yaxın zamanda nəsə baş verəcəyini" söyləyib.

Donald Tramp Cənubi Karolinada təşkil olunan seçki mitinqində iştirak etdikdən sonra ştatı tərk etməzdən əvvəl hava limanında media nümayəndələrinin suallarını cavablandırıb.

İranla danışıqlar aparıb-aparmadıqları ilə bağlı suala Tramp: "İranla danışıqlar apardığımızı düşünmürəm. Bu və ya digər şəkildə yaxın zamanda nəsə baş verəcək. Bir çox insan bunun seçkilərdən sonra baş verəcəyini düşünür, nələr olacağını görəcəyik", deyib.

Tramp ştatda keçiriləcək Konqresə aralıq seçkiləri səbəbilə təşkil olunan mitinqdəki çıxışı zamanı isə İranla gərginliyin tezliklə başa çatacağını bildirərək: "İndi (bölgədən) ayrıla bilərik, lakin (hücumların) təsirinin uzun müddət qalmasını istəyirik", -ifadələrini işlədib.