DÜNYA
1 dəqiqə oxuma
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
İtaliyanın Milan şəhərindən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə uçan sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən Romanın Fiumiçino Hava Limanına təcili eniş edib
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib

İtaliyanın Milan şəhərindən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə uçan sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən Romanın Fiumiçino Hava Limanına təcili eniş edib. Aparılan axtarış zamanı təyyarədə hər hansı partlayıcı maddə aşkarlanmayıb.

İtaliya mediasının məlumatına görə, Səudiyyə Ərəbistanının "Flynas" aviaşirkətinə məxsus "Airbus A320" tipli təyyarə dünən yerli vaxtla saat 14:45-də Milanın Malpensa Hava Limanından yola düşüb. Uçuş zamanı daxil olan bomba xəbərdarlığı səbəbindən pilot marşrutu dəyişərək təyyarəni Romanın Fiumiçino limanına endirmək məcburiyyətində qalıb.

Məlumata görə, təyyarənin göyərtəsində 83 sərnişin və 10 heyət üzvü olub. Aparılan axtarış zamanı hər hansı partlayıcı maddə aşkarlanmayıb və xəbərdarlığın əsassız olduğu təsdiqlənib.