TÜRK DÜNYASI
1 dəqiqə oxuma
ABŞ Dövlət katibi Rubio özbəkistanlı həmkarı Saidovla görüşüb
Rubio həmkarı ilə iki ölkə arasında infrastruktur, kosmos, kritik minerallar sahələrində əməkdaşlıq və C5+1 diplomatik platforması vasitəsilə həyata keçirdikləri işlər də daxil olmaqla...
ABŞ Dövlət katibi Rubio özbəkistanlı həmkarı Saidovla görüşüb
ABŞ Dövlət katibi Rubio özbəkistanlı həmkarı Saidov ilə Səmərqənddə bir araya gəlib.

ABŞ-nin Dövlət katibi Marko Rubio Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə Özbəkistanın Səmərqənd şəhərində görüşüb.

Marko Rubio "X" sosial media platformasından Özbəkistana səfəri ilə bağlı paylaşım edib.

Saidov ilə Səmərqənddə bir araya gəldiklərini qeyd edən Rubio həmkarı ilə iki ölkə arasında infrastruktur, kosmos, kritik minerallar sahələrində əməkdaşlıq və C5+1 diplomatik platforması vasitəsilə həyata keçirdikləri işlər də daxil olmaqla, strateji tərəfdaşlıqlarının dərinləşdirilməsini müzakirə etdiklərini bildirib.

Marko Rubio, həmçinin hər iki ölkənin və regionun rifahını artırmaq üçün çalışdıqlarını vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın Cənubi və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Sergio Qor da "X"də etdiyi paylaşımda 300-dən çox iş adamı ilə ABŞ-Mərkəzi Asiya iqtisadi tərəfdaşlığının "növbəti səhifəsini yazdıqlarını" ifadə edib.