Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğan adından Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak edib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir H.Fidan zirvədə iştirakı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. İclasdan əvvəl birgə foto çəkdirilib.





















