PKK/KCK terror təşkilatının İraqın şimalındakı Metina bölgəsinin Baze məntəqəsində yerləşən 4 sığınacaq yerini 8 oktyabrda boşaltdığı bildirilib.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, bölgədə sabitliyin təmin edilməsi və Türk-Kürd qardaşlığının möhkəmləndirilməsi məqsədilə başlanan “Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsi” baxışı qətiyyətlə və güzəştə getmədən davam etdirilir.
PKK/KCK “Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsi” çərçivəsində Türkiyənin təhlükəsizliyi baxımından qarşıdurma riski olan sığınacaq məntəqələrinin boşaldılmasına yönəlmiş işlər çərçivəsində İraqın şimalında, Metina bölgəsinin Baze ərazisində yerləşən Hebat, Yajk, Sabri və Sason sığınacaqlarını 8 oktyabrda boşaldıb.
Bu addım prosesin qətiyyətlə davam etdiyinin göstəricisi olub.
PKK/KCK-nın bütün ərazilərdəki fəaliyyətləri dayandırıldıqdan sonra prosesin irəliləyən mərhələlərində qanundan yararlanaraq Türkiyəyə geri dönəcək təşkilat üzvləri ilə ictimai razılaşmanın təmin ediləcəyi gözlənilir.
Təhsil, iqtisadiyyat və digər sahələrdə həyata keçiriləcək inteqrasiya proqramları vasitəsilə PKK/KCK üzvlərinin cəmiyyətlə inteqrasiyasının təmin edilməsi hədəflənir.
Bildirilir ki, bu tədbirlərlə Türkiyədə daxili sülhün davamlı şəkildə təmin edilməsi davam etdiriləcək.
Təhlükəsizlik mənbələri qeyd edib ki, proses uğurla nəticələndikdə Türk-Kürd qardaşlığı əsasında cəmiyyətin bütün təbəqələrinin əl-ələ verərək Türkiyənin hər guşəsində birlikdə, sülh və əmin-amanlıq içində yaşaması nəzərdə tutulur.
Mənbələr vurğulayıb ki, Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsi və bölgədə sabitliyin möhkəmləndirilməsi missiyası çərçivəsində atılan hər addım millətin haqq etdiyi sülh dolu sabahların müjdəçisi olacaq.






















