"New York Times" qəzetinin məlumatına görə, Tramp administrasiyası sənədsiz miqrantların kütləvi deportasiyası üçün yeni yollar araşdırır.
Mənbələrin məlumatına görə, Tramp administrasiyası miqrantları Mərkəzi və Cənubi Amerika ölkələrinə dəniz yolu ilə deportasiya etməyi planlaşdırır.
Müzakirələrin hələ ilkin mərhələdə olduğunu deyən rəsmilər bu variantlar arasında Kaliforniyadakı Hərbi Dəniz Akademiyasına məxsus "Golden Bear" təlim gəmisinin də olduğunu bildiriblər.
Planın həssaslığı səbəbilə adının açıqlanmasını istəməyən mənbə ABŞ Müdafiə Nazirliyi rəsmilərinin bu məqsədlə Avropadakı şirkətlərlə də əlaqə saxladığını irəli sürüb.


















