SİYASƏT
2 dəqiqə oxuma
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
ABŞ media orqanlarının yaydığı məlumata görə, Ağ Ev Pentaqondan noyabrın 3-də keçiriləcək seçkilərindən əvvəl İrana qarşı həyata keçirilə biləcək hərbi hücum variantlarını hazırlamağı tələb edib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir" / AP

ABŞ media orqanlarının yaydığı məlumata görə, Ağ Ev Pentaqondan noyabrın 3-də keçiriləcək seçkilərindən əvvəl İrana qarşı həyata keçirilə biləcək hərbi hücum variantlarını hazırlamağı tələb edib.

Məsələyə münasibət bildirən Pentaqon rəsmisi deyib: "Nazirliyin işi hərbi variantları hazırlamaq və prezidentə təqdim etməkdir".

"The Atlantic" qəzetində dərc olunan məqalədə mümkün hücumların əhatə dairəsi və hədəf siyahıları ilə bağlı daxili müzakirələrin aparıldığı qeyd olunub.

Ağ Ev rəsmisi Donald Trampın istənilən anda bütün variantları nəzərdən keçirmək mövqeyində olduğunu vurğulayaraq deyib: "ABŞ çox güclü mövqedədir... Bütün kartlar Prezident Trampın əlindədir və o, ABŞ üçün ən sərfəli addımı atacaq".

‘‘Axios" nəşrinin məlumatına görə, Pentaqon bir neçə gün əvvəl ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı enerji, infrastruktur və nüvə obyektlərini hədəf alan genişmiqyaslı döyüş əməliyyatlarının bərpası üçün hazırlıqları yekunlaşdırmaq tapşırığı verib. Göstərişdə konkret başlama tarixi qeyd olunmasa da, ABŞ və İsrail mənbələri əməliyyatın oktyabrın 27-də İsraildə keçiriləcək parlament seçkiləri ilə üst-üstə düşə biləcəyini istisna etmirlər.

Qeyd edək ki, çərşənbə günü ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon əlaqəsi saxlayıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması regionda gərginliyə səbəb olmuşdu. İyun ayında Pakistan və Qətərin vasitəçiliyi ilə atəşkəs əldə olunsa da, nüvə proqramı, sanksiyalar və dəniz yollarının açılması ilə bağlı diplomatik danışıqlar hələ də nəticəsiz qalıb.