Rusiya rəsmiləri verdikləri açıqlamada gecə saatlarında Moskva və ətrafını hədəf alan və 650 dronun istifadə edildiyi irimiqyaslı hücumda bir nəfərin həyatını itirdiyini bəyan ediblər.
Vilayət qubernatoru Andrey Vorobyov 20 yaşlı bir gəncin Moskvanın şəhərətrafı qəsəbəsindəki bir kənddə həyatını itirdiyini və çox sayda evin zərər gördüyünü açıqlayıb. "RİA Novosti" xəbər agentliyi isə altı nəfərin yaralandığını bildirib.
"TASS" dövlət xəbər agentliyi sözügedən hücumu Moskva və ətrafına son iki il ərzində təşkil edilən ən böyük ikinci dron hücumu kimi xarakterizə edib.
Rusiya və Ukrayna son aylarda qarşılıqlı olaraq uzaqmənzilli hücumlarını intensivləşdiriblər. Bu hücumlar (enerji, nəqliyyat və liman obyektləri daxil olmaqla) mülki və sənaye infrastrukturunu, eləcə də Qara dənizdəki gəmiləri hədəf alır.
Rusiya qış fəsli yaxınlaşarkən Kiyev də daxil olmaqla infrastruktur hədəflərinə yönəlmiş hücumları artırmağı planlaşdırdığını açıqlayıb.























