Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Bölgəmizin alov halqasına çevrildiyi bir mühitdə "Terrorsuz Türkiyə" səyləri artıq Türkiyənin düşmənlərinə qarşı çəkindirici təsir göstərib, Türkiyənin gücünü möhkəmləndirib və bölgəmizdə yeni atmosfer yaradıb".
Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci çağırışının yeni qanunvericilik ilinin açılışı münasibətilə parlamentdə çıxış edib.
Dövlət başçısı "Müxtəlif siyasi partiyalar, nə qədər fərqli mövqedə olsalar da, Türkiyənin və Türkiyə demokratiyasının zənginliyini təmsil edirlər. Lakin hər bir siyasi partiyanın prioriteti Türkiyə olmalıdır və olmaq məcburiyyətindədir. Türkiyənin milli maraqları və millətimizin hər bir üzvü ilə bağlı məsələlərdə siyasət tam konsensus əsasında bir araya gəlməlidir. Biz buna “daxili cəbhənin gücləndirilməsi” deyirik. Biz buna “Böyük Türkiyə Konsensusu” deyirik. Xüsusilə vurğulamaq istərdim ki, “Terrorsuz Türkiyə” prosesimiz həm də bu sosial konsensusun, bu milli konsensusun qurulmasına yönəlib. Bölgəmizin "atəş halqası"na çevrildiyi bir mühitdə bu proses Türkiyənin gücünə güc qatdı və bölgəmizdə yeni bir külək əsməsinə imkan yaratdı”.



























