TÜRKİYƏ
1 dəqiqə oxuma
Göygöldə Türkiyə, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Göygöl rayonunda Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilib
Göygöldə Türkiyə, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Göygöldə Türkiyə, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib

Göygöl rayonunda Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilib.

Azerbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun ev sahibliyi ilə baş tutan görüşdə Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak və Gürcüstanın maliyyə nazirinin müavini Mamuka Barataşvili iştirak ediblər.

Komitənin məlumatına görə, görüşdə üç ölkənin gömrük xidmətləri arasındakı mövcud əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə olunub. Müzakirələr zamanı Orta Dəhliz boyunca yük daşımalarının artırılması fonunda tranzit prosedurlarının sürətləndirilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, elektron məlumat mübadiləsinin təkmilləşdirilməsi və rəqəmsal tətbiqlərin genişləndirilməsi diqqət mərkəzində olub. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti çərçivəsində gömrük qurumları arasında koordinasiyanın gücləndirilməsi, risklərin idarə edilməsi mexanizmləri və hüquqpozmalara qarşı birgə mübarizə məsələləri nəzərdən keçirilib.

İclasda əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların icra vəziyyəti qiymətləndirilib, qarşıdakı dövr üçün hədəflər müəyyənləşdirilib və yekun protokol imzalanıb.