DÜNYA
1 dəqiqə oxuma
Oksana Lut:"Türkiyə və Rusiya kənd təsərrüfatı sahəsində bir-birini tamamlayır"
Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut Moskvada jurnalistlərə verdiyi açıqlamada Türkiyə ilə Rusiyanın kənd təsərrüfatı sahəsində bir-birini tamamladığını bildirib
Oksana Lut:"Türkiyə və Rusiya kənd təsərrüfatı sahəsində bir-birini tamamlayır"
Oksana Lut:"Türkiyə və Rusiya kənd təsərrüfatı sahəsində bir-birini tamamlayır"

Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut Moskvada jurnalistlərə verdiyi açıqlamada Türkiyə ilə Rusiyanın kənd təsərrüfatı sahəsində bir-birini tamamladığını bildirib.

Ölkələrin bir-birinə fərqli məhsul qrupları satdığına diqqət çəkən Lut qeyd edib ki, Rusiya Türkiyəyə əsasən taxıl, yağlı toxum və yağ məhsulları ixrac edir, Türkiyədən isə daha çox meyvə və tərəvəz idxal olunur.

Türk tərəfdaşlarını "Rusiyanın sabit tərəfdaşları" adlandıran nazir deyib: "Ümid edirik ki, mövcud çətin vəziyyət işimizi, ticarətimizi və əlbəttə ki, dostluğumuzu davam etdirməyimizə mane olmayacaq".