İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Xəstəxana mənbələrindən əldə edilən məlumata görə, bu səhər Xan Yunisin qərbindəki əl-Mavasi bölgəsində mülki avtomobilin hədəf alınması nəticəsində daha bir fələstinli həlak olub. Beləliklə əl-Mevasi bölgəsinə təşkil edilən hücumlarda həyatını itirənlərin sayı iki nəfərə çatıb.
TÖVSİYƏ EDİLƏN
Ötən gecə İsrailin Xan Yunisin şimalındakı Satir bölgəsinə hücumu nəticəsində ağır yaralanan 24 yaşlı Yəhya Əbu Sumur da bu səhər vəfat edib.
2025-ci il oktyabrın 10-da qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu Qəzza zolağına qarşı hücumlarını davam etdirir.






















