SİYASƏT
1 dəqiqə oxuma
K. Mitsotakis BMT-dəki çıxışında Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında Türkiyə ilə münasibətlərə toxunaraq deyib: "Biz coğrafiyanı dəyişə bilmərik, yan-yana yaşamaq bizim taleyimizdir"
K. Mitsotakis BMT-dəki çıxışında Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
K. Mitsotakis BMT-dəki çıxışında Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında Türkiyə ilə münasibətlərə toxunaraq deyib: "Biz coğrafiyanı dəyişə bilmərik, yan-yana yaşamaq bizim taleyimizdir".

Son üç ildə əlaqələrin yaxşılaşdırılması, etimadın yaradılması və potensial gərginliyin qarşısının alınması üçün səy göstərdiklərini qeyd edən Kiriakos Mitsotakis münasibətlərin tarixin ağırlığını daşıdığını və beynəlxalq hüquqa əsaslanan ortaq bir anlayışa ehtiyac olduğunu vurğulayıb.

O, Türkiyə ilə Yunanıstan arasında yeganə fikir ayrılığının Eksklüziv İqtisadi Zonanın və dəniz sərhədlərinin delimitasiyası olduğunu irəli sürərən K.Mitsotakis BMT-nin Dəniz Hüququ Konvensiyasının bu məsələlərin həlli üçün yeganə çərçivə olduğunu qeyd edib.

Kipr məsələsinə də toxunan Baş nazir bunun BMT-nin öz qərarlarını yerinə yetirə bilib-bilmədiyini göstərən əsas imtahan olduğunu bildirib. O, BMT-nin Baş katibi Antonio Quterreşin danışıqları yenidən başlatmaq səylərini dəstəklədiklərini qeyd edib.