Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkə Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən qəbul edilib.
Hakan Fidan bu barədə rəsmi internet səhifəsində paylaşım edib.
TÖVSİYƏ EDİLƏN
Məlumata görə, Hakan Fidan BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla yanaşı, vitse-prezident Mənsur bin Zayed Əl Nəhyan və Milli Təhlükəsizlik üzrə müşavir Təhnun bin Zayed Əl Nəhyanla da görüşlər keçirib.
Hakan Fidan deyib: "Ölkələrimiz arasındakı münasibətləri müzakirə etmək və bölgəmizin üzləşdiyi problemləri qiymətləndirmək baxımından olduqca məhsuldar bir səfər oldu. Türkiyə olaraq regional həmrəyliyi gücləndirməyə və bölgəmizin sülhü və rifahı naminə diplomatik əlaqələrimizi gücləndirməyə davam edəcəyik’’.






















