TÜRKİYƏ
1 dəqiqə oxuma
Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinin kursantları "Baykar" şirkətində təlimləri başa vurublar
Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinin kursantları Türkiyənin "Baykar" müdafiə şirkətində təlimləri başa vurublar
Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinin kursantları "Baykar" şirkətində təlimləri başa vurublar
Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinin kursantları "Baykar" şirkətində təlimləri başa vurublar. / َAA

"Baykar" Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinin 15 pilotu ilə 15 mexanik və elektronika texniki olan kursantın məzun olduğunu açıqlayıb.

"Baykar" sözügedən təlim fəaliyyətinə dair sosial media platformasında paylaşım edib.

Paylaşımda "Səudiyyə Ərəbistanı Krallığı Hərbi Dəniz Qüvvələrindən 15 pilot ilə 15 mexanik və elektronika texniki kursant Çorlu Uçuş Təlim və Test Mərkəzində təşkil olunan təlimi uğurla başa vuraraq məzun oldular. Kursantlarımızı təbrik edirik" ifadələri yer alıb.

"Baykar" ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında 2023-cü ildə "Bayraktar AKINCI" TİHA (Hücum PUA-sı) ixracatı və əməkdaşlıq müqaviləsi imzalanmışdı.

Bu çərçivədə "Bayraktar AKINCI" TİHA-lar Səudiyyə Ərəbistanı Ordusunun arsenalına daxil olacaq. "Baykar" tərəfindən təlim, texniki dəstək və logistika xidmətləri də təmin ediləcək.