Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziya Prezidenti Prabovo Subianto ilə telefon əlaqəsi saxlayıb.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, telefon danışığı zamanı ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal proseslər müzakirə olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq platformalarda iki ölkə arasında mövcud həmrəylikdən məmnunluğunu ifadə edərək, bu birliyin qorunub saxlanılmasının hər iki tərəfin maraqlarına xidmət etdiyini bildirib. Söhbət zamanı ticarət və müdafiə sənayesi başda olmaqla, bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə addımların davam etdiriləcəyi qeyd olunub.
Dövlət başçısı həmçinin İndoneziya liderini 9-20 noyabr tarixləri arasında Antalyada keçiriləcək COP31 sammitinə dəvət edib.























