TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə husilərin Mədinədəki mədəni infrastruktura hücumunu qınayıb
"Səudiyyə Ərəbistanının suverenliyini və təhlükəsizliyini təhdid edən, İslam dünyasının müqəddəs dəyərlərini hədəf alan provokasiya xarakterli bu hücumlar dərhal və qeyd-şərtsiz dayandırılmalıdır"
Türkiyə husilərin Mədinədəki mədəni infrastruktura hücumunu qınayıb
Türkiyə Yəməndəki husilərin Mədinə-i Münəvvərədə Məscid-i Nəbəviyə xidmət göstərən mülki infrastruktura qarşı hücumunu qınadı

Türkiyə Xarici İşlər Nazirliyi Yəməndəki husilərin Mədinəyi-Münəvvərədə Məscidi-Nəbəviyə xidmət göstərən mülki infrastruktura təşkil etdiyi hücumu qınadıqlarını bildirib.

Nazirlik husilərin Səudiyyə Ərəbistanına qarşı hücumu ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada bildirilib: "Husilərin Mədinəyi-Münəvvərədə Məscidi-Nəbəviyə xidmət göstərən mülki infrastruktura yönəlmiş hücumunu sərt dillə qınayırıq. Səudiyyə Ərəbistanının suverenliyini və təhlükəsizliyini təhdid edən, İslam dünyasının müqəddəs dəyərlərini hədəf alan provokasiya xarakterli bu hücumlar dərhal və qeyd-şərtsiz dayandırılmalıdır".

Türkiyənin Səudiyyə Ərəbistanına olan güclü dəstəyinin bir daha təkrarlandığı açıqlamada bölgədə gərginliyi daha da artıracaq addımlardan imtina edilməsinin vacibliyi vurğulanıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası oktyabrın 1-də verdiyi açıqlamada Yəməndəki husilərin 3 gün əvvəl Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Taybə Elektrik Stansiyasını pilotsuz uçuş aparatı (PUA) ilə hədəf aldığını bildirmişdi.