DÜNYA
1 dəqiqə oxuma
Pakistan husi hücumlarına qarşı Səudiyyə Ərəbistanını dəstəklədiyini bir daha təsdiqləyib
Pakistanın müdafiə naziri: "Səudiyyə Ərəbistanının düşməni Pakistanın da düşmənidir"
Pakistan husi hücumlarına qarşı Səudiyyə Ərəbistanını dəstəklədiyini bir daha təsdiqləyib
"(ARXİV) Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif"

Pakistan husi hücumlarına qarşı Səudiyyə Ərəbistanını qorumaq üçün əlindən gələni edəcəyini bildirib.

Pakistanın müdafiə naziri Xatəcə Məhəmməd Asif (Khawaja Muhammad Asif) rəsmi təmaslar çərçivəsində səfər etdiyi İtaliyanın paytaxtı Romada jurnalistlərin suallarını cavablandırıb.

Bir jurnalistin Pakistanın husilərə yönəlik hava zərbələrinə qoşulub-qoşulmadığı ilə bağlı sualına cavab olaraq nazir Asif Səudiyyə Ərəbistanını qorumaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

Asif husilərin Səudiyyə Ərəbistanına tərəf raket və PUA hücumlarını son günlərdə artırdığına diqqət çəkərək: "Səudiyyə Ərəbistanının düşməni Pakistanın da düşmənidir", -ifadəsini işlədib.