İsrailə eniş etməsinə icazə verilməyən təyyarə ilə hazırda əlaqə saxlanıla bilmir.
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus "Flydubai" aviaşirkətinin Dubay-Təl-Əviv reysini həyata keçirən sərnişin təyyarəsinin "havada fövqəladə hal və qaçırılma" xəbərdarlığı verdiyi bildirilib.
İsrailin "Channel 12" telekanalının məlumatına görə, Dubaydan qalxan təyyarə İordaniya hava məkanında uçarkən əvvəlcə ümumi fövqəladə vəziyyəti bildirən "7700" kodunu, daha sonra qısa müddət ərzində təyyarənin qaçırılmasını ifadə edən "7500" kodunu yayımlayıb.
Siqnallardan sonra İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin sərnişin təyyarəsinə tərəf havalandığı qeyd edilən xəbərdə İordaniya səmasında bir qədər dövrə vuran və göyərtəsində təxminən 100 İsrail vətəndaşının olduğu bildirilən təyyarənin daha sonra Səudiyyə Ərəbistanına istiqamətləndirildiyi vurğulanıb.
Rəsmilər təyyarənin İsrailə eniş etməsinə icazə verilmədiyini və hazırda təyyarə ilə əlaqə saxlanıla bilinmədiyini bildiriiblər.






















