ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı müəyyən addımlar atması müqabilində bu ölkəyə qarşı sanksiyaların yumşaldılacağı və dondurulmuş aktivlərin blokdan çıxarılacağı haqqında yayılan iddiaları təkzib edib.
‘‘Axios’’ nəşrinin yaydığı məlumatları təkzib edən Donald Tramp deyib: "Bu doğru deyil, mən onlara heç nə təklif etməmişəm".
Qeyd edək ki, "Axios" adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yaydığı xəbərdə Trampın İranın nüvə proqramı ilə bağlı konkret addımlar atması müqabilində Tehrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş aktivləri blokdan çıxarmağa hazır olduğunu bildirdiyi irəli sürülüb. Xəbərdə həmçinin bu təmasların Qətər və Pakistanın vasitəçiliyi ilə aparılan diplomatik danışıqlar zamanı gündəmə gəldiyi qeyd olunurdu.



















