Fransa Daxili İşlər Nazirliyi sentyabrın 30-da yaydığı bəyanatda kiçik qayıqlarla La-Manş boğazından Böyük Britaniyaya qanunsuz keçid edən miqrantların sayını azaltmağı hədəfləyən 2025-ci il tarixli sazişin ləğvi ilə bağlı Böyük Britaniya ilə danışıqların davam etdiyini bildirib.
Xatırladaq ki, saziş Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer tərəfindən 2025-ci ildə imzalanmışdı. Sənəd qonşular arasında əsas gərginlik mənbəyinə çevrilən vəziyyəti yumşaltmaq və "Brexit"dən sonra Paris-London münasibətlərini yeniden bərpa etmək məqsədi daşıyırdı.
Başlanğıcda bir il davam etməsi nəzərdə tutulan pilot proqramın müddəti 2026-cı il 1 oktyabr tarixinədək uzadılmışdı.
Qeyd edək ki, Fransanın daxili işlər naziri Loran Nunyes iyun ayında Böyük Britaniyaya bu "pilot sazişin 1 oktyabr 2026-cı ildən sonra yenilənməsinin nəzərdə tutulmadığını" açıq şəkildə bəyan etdiyini bildirib.
Sözügedən saziş Böyük Britaniyaya ölkədə qalmaq hüququ olmayan bəzi miqrantları deportasiya etmək imkanı yaradırdı.




















