DÜNYA
1 dəqiqə oxuma
"FlyDubai" təyyarəsi pilotların əlbəyaxa davası səbəbilə Səudiyyə Ərəbistanına təcili eniş edib
Təyyarə əvvəlcə ümumi fövqəladə vəziyyət siqnalı verib, daha sonra isə göyərtədə qanunsuz müdaxiləni bildirmək üçün istifadə olunan koda keçid edib
"FlyDubai" təyyarəsi pilotların əlbəyaxa davası səbəbilə Səudiyyə Ərəbistanına təcili eniş edib
"FlyDubai" təyyarəsi pilotlarının əlbəyaxa davası səbəbilə Səudiyyə Ərəbistanına təcili eniş edib / Reuters

İsrailin "Ynet" qəzetinin verdiyi məlumata görə, sentyabrın 30-da (bu gün) Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsində pilotlar arasında mübahisə düşüb. 174 sərnişin daşıyan hava gəmisi pilotlar arasındakı əlbəyaxa dava zamanı təyyarənin qaçırılması hallarında istifadə olunan kod işə düşüb.

Qəzetin yazdığı məlumata görə, təyyarə qalxdıqdan təxminən 90 dəqiqə sonra İordaniya hava məkanına daxil olarkən ümumi fövqəladə vəziyyətlər üçün nəzərdə tutulan beynəlxalq "7700" kodunu işə salıb. Dərhal sonra isə göyərtədə qanunsuz müdaxilə və ya qaçırılma vəziyyətini bildirən "7500" koduna keçid olunub.

Xəbərə əsasən, təxminən eyni saatlarda marşrutunu dəyişən təyyarə Səudiyyə Ərəbistanının hava məkanına daxil olaraq aşağı hündürlükdə uçmağa başlayıb. Təyyarə Səudiyyə Ərəbistanı hava məkanında ilərləyərək ölkə ərazisinə eniş edib.

 

Ukraynalı və rusiyalı pilotlar arasında mübahisə

İsrailin "Channel 12" televiziya kanalı daha sonra hadisənin təhlükəsizliklə bağlı olmadığını bəyan edib. Rəsmilər fövqəladə vəziyyət siqnalının pilot ilə köməkçi pilot arasındakı mübahisə zamanı səhvən aktivləşdirildiyini bildiriblər. Kanal uçuş heyətinin rusiyalı pilot və ukraynalı köməkçi pilotdan ibarət olduğunu açıqlayıb.

"Ynet"in xəbərinə görə, "FlyDubai" aviaşirkəti təyyarədə olan İsrail sərnişinlərini geri gətirmək üçün Dubaydan Səudiyyə Ərəbistanına başqa bir təyyarə göndərəcəyini İsrail rəsmilərinə bildirib.

MƏNBƏ:TRT
Araşdırma
Suriyada mina partlayışı olub, üç nəfər həyatını itirib
Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb
Suriyanın Hama şəhərində mikroavtobusa hücum nəticəsində 7 nəfər həlak olub
İran: Xarici işlər naziri Əraqçi ABŞ-dən aldığı son təklifi Prezident Pezeşkiana təqdim etdi
ABŞ 23 il əvvəl işğal etdiyi İraqdan geri çəkilmə prosesini başa çatdırdığını elan etdi
İsrailin atəşkəsə baxmayaraq Qəzzaya təşkil etdiyi hücumlarda daha 9 nəfər həyatını itirib
Pakistan husi hücumlarına qarşı Səudiyyə Ərəbistanını dəstəklədiyini bir daha təsdiqləyib
İsrail mətbuatı: BƏƏ-dən İsrailə gedən təyyarə qaçırıldığına dair fövqəladə hal kodu göndərib
Yunanıstanın İsraildən aldığı SPIKE NLOS raket sistemlərini adalara yerləşdirdiyi irəli sürülüb
Antonio Quterreş Myanmada 50 nəfərin ölümünə səbəb olan hücumu pislədi
Tramp İranın axırda "təslim olacağını" iddia edib
İlham Əliyev və Məsud Pezeşkian arasında telefon danışığı olub
Slovakiyada məktəbdə bıçaqlı hücum törədilib
Tokioda 34 gündür davam edən aramsız yağışlar rekord həddə çatıb
İsrailin Qəzzaya hücumu nəticəsində daha iki fələstinli həlak olub
Marko Rubio ilə Feysəl bin Fərhan Yəməndəki son vəziyyəti müzakirə ediblər
Donald Tramp Hörmüz boğazını "Tramp boğazı" adlandırıb
Ukrayna: "Rusiya Kiyevdə iki uşaq bağçası və iki məktəbi  hədəf alıb"
Konqoda təyyarə qəzası baş verib: 17 nəfər həlak olub
Rusiya və Ukrayna arasındakı qarşılıqlı hücumlar 3 nəfərin ölümünə səbəb olub