Suriyanın Homs əyalətindəki T4 hərbi hava limanı yaxınlığında əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində üç nəfər həyatını itirib.
Suriyanın "Əl-İxbariyyə" telekanalının məlumatına görə, hadisə yerinə mülki müdafiə qrupları göndərilib.
Suriya İnsan Hüquqları Şəbəkəsi (SNHR) ölkə ərazisindəki partlamamış sursatlar və minaların dinc sakinlər üçün təhlükə yaratmağa davam etdiyini açıqlayıb. Məlumata əsasən, 2011-ci ilin martından 2026-cı ilin aprelinədək minalar səbəbindən 1000-i uşaq, 377-si qadın olmaqla ən azı 3799 mülki şəxs həlak olub.


























