SİYASƏT
1 dəqiqə oxuma
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya neft emalı zavodlarına hücumların intensivliyini ikiqat artıracaqları ilə bağlı açıqlamasına münasibət bildirib
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya neft emalı zavodlarına hücumların intensivliyini ikiqat artıracaqları ilə bağlı açıqlamasına münasibət bildirib. O, Rusiya lideri Vladimir Putinin əvvəlki bəyanatlarını xatırladaraq Kiyev rejiminə sərt xəbərdarlıq edib.

D. Peskov qeyd edib ki, hədəf siyahısını genişləndirən tərəf məhz Ukrayna olub.

‘‘Onlar Rusiya iqtisadiyyatını hədəf aldılar. Silahlı Qüvvələrimizin hazırda adekvat addımlar atır. Ukrayna buna görə cavab verməlidir’’,-deyə D. Peskov bildirib.

Bəzi Avropa dövlətlərinin Rusiyanın xəbərdarlıqlarına baxmayaraq Kiyevdəki diplomatik nümayəndəliklərini bağlamayacaqları ilə bağlı açıqlamalarına toxunan D. Peskov Xarici İşlər və Müdafiə Nazirliklərinin bu məsələdə dəfələrlə xəbərdarlıq etdiyini xatırladıb.

Estoniyanın müdafiə bəhanəsi ilə hərbi birliklərini Rusiya sərhədinə yaxınlaşdırdığı barədə yayılan məlumatlara da münasibət bildirən D. Peskov sərhədlərdəki vəziyyətin diqqətlə izlənildiyini qeyd edib.

"Müdafiə Nazirliyimizin və digər müvafiq qurumların sərhədlərimiz ətrafındakı vəziyyəti izləmək və qiymətləndirmək üçün lazımi kəşfiyyat imkanlarına malik olduğuna şübhə olmamalıdır",-deyə Dmitri Peskov vurğulayıb.