Danimarkada Soyuq müharibə dövründən bəri ən irimiqyaslı hərbi təlimə start verilib. Təlimdə 6500-dən çox könüllü əsgər iştirak edir.
Danimarkanın DR xəbər agentliyinin məlumatına görə, "Bluetooth" adlı hərbi təlim Rusiyanın hibrid müharibə fəaliyyətlərini artıra biləcəyi barədə xəbərdarlıqlardan sonra təşkil olunub.
Ölkənin Yutland bölgəsində keçirilən təlimə Danimarka Silahlı Qüvvələrinin könüllü 6500-dən çox hərbi qulluqçu cəlb olunub.
Bazar gününə qədər davam edəcək təlimlər zamanı əsgərlər hibrid hücumlara və təxribat əməliyyatlarına qarşı cavab tədbirləri həyata keçirəcəklər.






















