DÜNYA
1 dəqiqə oxuma
Pakistan Əfqanıstana hava hücumları təşkil edib
Pakistan İnformasiya Nazirliyi hücum zamanı Əfqanıstandakı terror düşərgələri və sığınacaqların hədəf alındığını açıqlayıb
Pakistan Əfqanıstana hava hücumları təşkil edib
Pakistan Əfqanıstana hava hücumları təşkil edib

Pakistan gecə saatlarında Əfqanıstan ərazisinə hava hücumları həyata keçirib.

Pakistan İnformasiya Nazirliyi hücum zamanı Əfqanıstandakı terror düşərgələri və sığınacaqların hədəf alındığını açıqlayıb. Bəyanatda hücumlar nəticəsində 22 terrorçunun zərərsizləşdirildiyi və mülki şəxslərin zərər görməməsi üçün lazımi tədbirlərin görüldüyü bildirilib.

Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid isə rəsmi internet səhifəsində etdiyi paylaşımda Pakistanın iki əyalətdə hava hücumları təşkil etdiyini təsdiqləyib. O, hücumlar nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 9 mülki vətəndaşın həlak olduğunu, 11 nəfərin isə yaralandığını bildirib.