SİYASƏT
1 dəqiqə oxuma
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"
Yunanıstanlı deputat 2024-cü ildə Türkiyədən icazəsiz dəniz altı elektrik xətti çəkmək uğursuzluqlarından bəhs edib
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"

Yunanıstanda hakim Yeni Demokratiya Partiyasının deputatı Anjelos Siriqos “ERT News” kanalında qatıldığı proqramda 2024-cü ilin iyul və noyabr aylarında Krit adası yaxınlığında Türkiyədən icazə alınmadan həyata keçirilən dəniz dibi elektrik birləşdirici xətt layihəsi ilə bağlı yaşanan hadisələrdən bəhs edib.

A.Siriqos bildirib ki, Türkiyə 2024-cü ilin iyul ayında əraziyə 5 hərbi gəmi göndərib. Noyabr ayında isə daha az intensivliklə yenidən hərbi gəmilərini bölgəyə sövq edib. A.Siriqos bu addımlardan sonra Yunanıstanın göstərdiyi münasibətlə bağlı belə deyib: “Hər iki hadisədə geri addım atdıq. Dəniz dibi tədqiqatlarını davam etdirmədik.”

Aparıcının “Geri addım atdıq?” sualına “Bəli” cavabını verən A.Siriqos vurğulayıb ki, rəsmi Afina o dövrdə problemin dialoq yolu ilə həll olunacağını düşünüb. Həmçinin məsələnin dənizaltı kabellərin çəkilməsinə dair beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənəcəyinə ümid edilib.

A.Siriqos bildirib ki, keçmişdə həmin geniş dəniz ərazisində kabelçəkmə fəaliyyəti ciddi bir problem yaşanmadan həyata keçirilib. Bu səbəbdən mövcud layihənin də bənzər şəkildə irəliləyəcəyi zənn olunub. Lakin bu dəfə eyni şərait yaranmayıb.

Deputat kabel işləri üçün Türkiyədən icazə istənilməyəcəyini iddia edib. Lakin bu dəfəyə məxsus Fransanın tədqiqat gəmisi tərəfindən Türkiyə tərəfinə məlumat verilə biləcəyini qeyd edib. A.Siriqos Türkiyəyə veriləcək bu məlumatın icazə müraciəti mənasını daşımayacağını bildirib.

MƏNBƏ:TRT