Milli Kəşfiyyat Təşkilatı (MİT) keçirdiyi əməliyyatla Reyhanlıda 2013-cü ildə 53 şəxsin həyatını itirdiyi terror hücumunun suriyalı iştirakçılarından Ömər əl-Hatipi dəniz yolu ilə Avropaya qaçmaq istəyərkən yaxalayıb.
Qırmızı bülletenlə axtarılan Ömər əl-Hatip Reyhanlıda törədilən terror aktını planlanması və təşkilində rol oynayıb.
Ömər əl-Hatip kimdir?
Ömər əl-Hatip 1976-cı ildə Suriyanın İdlib şəhərində anadan olub. Dəməşqdə 14-cü diviziyada hərbi xidmətini başa vurduqtan sonra bir müddət İdlibdə tikinti ilə məşğul olub. Suriyada daxili çaxnaşmaların başladığı 2011-ci ildə Lazikyəyə gedib.
O, Bəşər Əsədə bağlı hərbi kəşfiyyat bölməsi olan “Əmn Əl Hərbi” tərkibində, müxaliflərə qarşı silahlı fəaliyyət göstərən Şəbbiha qrupunda yer alıb. Bu yolla dövrün “Əmn Əl Hərbi” nin Lazkiyə şöbəsi rəhbəri Kifah Melhem ilə tanış olub.
Ömər əl-Hatip 2011-dən sonra Lazkiyədə yaşadığı müddətdə Reyhanlı partlayışlarının digər iştirakçıları ilə tanış olub. Lazkiyədə bir villada birlikdə yaşayan Cəngiz Sertel, Ərcan Bayat və Yusuf Nazik ilə birlikdə Lazkiyə və Keseb bölgələrində qaçaqmalçılıq fəaliyyətləri aparıb.
Reyhanlı hücumunu birlikdə planlaşdırdılar
Ömər əl-Hatip Türkiyəyə qarşı əməliyyat planları hazırlayan Yusuf Naziki 2013-cü ildə Kifah Melhem ilə bir araya gətirib. Hücumun planlanmasının detalları məhz bu görüşlərdə müəyyənləşdirilib.
İlk olaraq Ömər əl-Hatip və Yusuf Nazik hücumdan əvvəl fevral 2013-də Hataydan Türkiyəyə daxil olaraq hücumun həyata keçiriləcəyi yerləri müəyyən ediblər. Lazkiyədə olan Kifah Melhemdən təsdiq alıblar.
Ömər əl-Hatip hücum tarixindən əvvəl, may 2013-cü ildə Temir Dükancı ilə birlikdə Əmn Əl Hərbi Lazkiyə Şöbəsinə gedərək bomba qurğusunda istifadə olunacaq maddələri təhvil alıb. Bomblanmış maşını Temir Dükancı və Yusuf Nazik Reyhanlıya gətiriblər və uzaqdan idarə olunan bomba qurğusu ilə partladılıb.
Əsəd rejimi tərəfindən mükafatlandırıldılar
Ömər əl-Hatip hücumlardan dərhal sonra Suriyaya qaçan Temir Dükancı və Yusuf Naziki Əmn Əl Hərbi Lazkiye Şöbəsinə aparıb. Ömər əl-Hatip və əməliyyatda iştirak edən digər şəxslər Bəşər Əsəd rejimi tərəfindən böyük məbləğdə pul mükafatı ilə təltif edilib.
MİT addım-addım izləyirdi
MİT Reyhanlı hücumundan dərhal sonra iştirakçıları ələ keçirmək üçün əməliyyatlara başlayıb. Digər günahkarlar kimi Ömər əl-Hatipin də Suriyadakı fəaliyyətləri yaxından izlənilib.
MİT Ömər əl-Hatipin Avropaya qaçma planı qarşısında hərəkətə keçib. Reyhanlıda törədilən terror aktının suriyalı iştirakçılarından Ömər əl-Hatip dəniz yolu ilə Avropaya qaçmağa cəhd edərkən MİT tərəfindən yaxalanaraq Türkiyəyə gətirilib.
Hücuma görə məsul olan və terror aktını planlaşdıran şəxslərdən Yusuf Nazik 2018-ci ildə, Cengiz Sertel 2024-cü ildə, Muhammed Dib Koralı və Temir Dükancı isə 2025-ci ildə saxlanılmışdı.
Reyhanlıda törədilən terror aktı üçün göstəriş verən general-mayor Kifah Melhem isə fevral 2024-cü ildə Bəşər Əsəd tərəfindən Milli Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Kifah Melhemin Əsəd rejiminin devrilməsindən sonra xaricə qaçdığı məlumdur.






















