İraq hökuməti ölkədəki bütün silahlı qruplaşmaların 2027-ci ilin iyun ayınadək tərksilah edilməsi ilə bağlı yeni plan təqdim edib.
Yerli media orqanlarının məlumatına görə, İraqın xarici işlər naziri Fuad Hüseyn layihənin yaxın günlərdə ictimaiyyətə açıqlanacağını bildirib. O qeyd edib ki, əsas məqsəd ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinin geri çəkilməsindən sonra qeyri-qanuni silahların dövlət nəzarəti altında toplanması prosesini 2027-ci ilin iyun ayına qədər başa çatdırmaqdır. Nazir bu prosesin İraqın daxili məsələsi olduğunu vurğulayıb.
İraqın Baş naziri daha əvvəl verdiyi bəyanatda ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkədən tamamilə çıxarıldığını ifadə etmişdi.
Hökumət başçısı konstitusiya öhdəliklərinə əməl olunacağını, bu məqsədlə aydın yol xəritəsi və vaxt cədvəlinin hazırlandığını qeyd etmişdi.






















