DÜNYA
2 dəqiqə oxuma
A.Quterreş Qəzza üzrə daimi atəşkəs çağırışı etdi
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş 7 Oktyabrın üçüncü il dönümü ərəfəsində Qəzzada atəşkəsin daimi xarakter almasının vacibliyini vurğulayıb
A.Quterreş Qəzza üzrə daimi atəşkəs çağırışı etdi
A.Quterreş Qəzza üzrə daimi atəşkəs çağırışı etdi / AA [FILE]

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş 7 Oktyabrın üçüncü il dönümü ərəfəsində verdiyi bəyanatda Qəzzada daimi atəşkəs çağırışı edib.

A.Quterreş rəsmi bəyanatında deyib: "Artıq atəşkəsin daimi xarakter alması zamanı gəlib çatmışdır. Hərtərəfli humanitar yardımın çatdırılmasına şərait yaratmaq vaxtıdır. Beynəlxalq hüquqa hörmətlə yanaşmağın vaxtı gəlib." Baş katib bu sözlərlə beynəlxalq birliyi "bütün regionda daimi sülhə aparan siyasi yol" formalaşdırmağa çağırıb.

A.Quterreş il dönümünün sadəcə hüzn hissi keçirməklə məhdudlaşmamalı olduğunu vurğulayıb: "Bu il dönümü təkcə növbəti matəm ili kimi qalmamalıdır. Bu tarix, eyni zamanda, fərqli bir gələcəyin inşası istiqamətində yenilənmiş bir qətiyyətin rəmzinə çevrilməlidir. İsraillilər və fələstinlilərin öz hüquqlarına, ləyaqətlərinə və arzularına qovuşaraq, sülh və təhlükəsizlik şəraitində yan-yana yaşaya biləcəkləri bir gələcək qurulmalıdır."

 

Çoxcəbhəli müharibələr

Fələstinlilərin "böyük insan itkilərinə, məcburi köçkünlüyə və böyük dağıntılara" məruz qaldığını qeyd edən A.Quterreş "Onların çəkdiyi əzablar da artıq sona çatmalıdır", — deyə əlavə edib.

İsrailin regionda illərdir törətdiyi soyqırım nəticəsində təxminən 74.200-dən çox insan qətlə yetirilib.

A.Quterreş ABŞ prezidenti Donald Trampın 2025-ci ilin oktyabr ayında vasitəçilik etdiyi müvəqqəti atəşkəsin məhdud dərəcədə müəyyən rahatlıq yaratdığını etiraf edib. Lakin o, bu atəşkəsin hələ də təhlükəsizlik, kifayət qədər humanitar yardım, eləcə də bərpa və sülhə aparan etibarlı bir yol təmin edə bilmədiyini dilə gətirib.

Qeyd edək ki, İsrail 2023-cü ilin oktyabr ayından bəri müharibə cəbhəsini bütün region boyunca genişləndirib. Bu çərçivədə Livanın cənubunu işğal edib, fevral ayının sonlarında isə Amerika Birləşmiş Ştatları ilə birlikdə İrana qarşı birbaşa silahlı münaqişəyə daxil olub.

MƏNBƏ:TRT