Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında mövzuya dair paylaşım edib.
Prezident Ərdoğan sosial şəbəkə hesabından etdiyi paylaşımda deyib: "Əziz İstanbulumuzun düşmən işğalından azad edilməsinin 103-cü ildönümündə, Qazi Mustafa Kamal başda olmaqla Milli Mübarizəmizi zəfərə çatdıran bütün qəhrəmanlarımızı rəhmətlə yad edirəm. Bu qürur günü münasibətilə istanbullu qardaşlarıma salam və məhəbbətimi çatdırıram".























