DÜNYA
1 dəqiqə oxuma
Fransada keçirilən tələbə və şagird etirazları ölkə miqyasında xaosa çevrilir
Bütün ölkəni bürüyən aksiyada minlərlə şəxs saxlanılıb, əksəriyyəti şagird və tələbələrdən ibarət olan 1000-dən çox insan isə yaralanıb
Fransada keçirilən tələbə və şagird etirazları ölkə miqyasında xaosa çevrilir
Fransada keçirilən tələbə və şagird etirazları ölkə miqyasında xaosa çevrilir / TRT World

Sentyabrın 17-də Parisin ətraf qəsəbələrindən birindəki liseydə müəllim çatışmazlığı səbəbindən tətil elan edilib. Lisey şagirdlərinin müəllimləri ilə birlikdə etirazlara qoşulması nəticəsində bu aksiya bütün Fransa ərazisində zorakılıq halları ilə müşayiət olunan nümayişlərə çevrilib.

Üçüncü həftədir davam edən ölkəmiqyaslı etirazlar minlərlə insanın saxlanılmasına yol açıb. Nümayişlərdə çoxu şagird və tələbə olmaqla 1000-dən çox insan yaralanıb.

İnsan hüquqları təşkilatları, həmkarlar ittifaqları və tələbə birlikləri güc strukturlarını aksiyaçılara qarşı pis münasibət göstərməkdə təqsirləndiriblər.

Belə ki, oktyabrın 5-də polis əməkdaşının nümayişçilərdən birinin üzərinə səs bombası atması nəticəsində bir gəncin əli qoparaq ağır yaralanıb. Hadisədən sonra Fransa polisi bu cür vasitələrin istifadəsini müvəqqəti dayandırıb. Zorakılıq hallarının kəskinləşməsi səbəbindən Fransa prezidenti Emmanuel Makron təcili iclas çağırıb.

Mövcud iğtişaşlar Fransanın təhsil sistemindəki köklü problemlərə qarşı dərin narazılığı ortaya qoyur. Bu problemlərə müəllim çatışmazlığı, həddindən artıq sıx olan siniflər, getdikcə pisləşən infrastrukturlar və regional bərabərsizliklər daxildir. Təklif edilən büdcə ixtisarları isə bu çətinlikləri daha da ağırlaşdırır.

Etirazçılar dövlətin ətraf qəsəbələrə kifayət qədər vəsait ayırmadığını, bunun isə getdikçə təbəqələşmə, disskriminasiyası və irqçiliyə səbəb olduğunu bildirirlər.

Qeyd edək ki, Fransanın Milli Təhsil Nazirliyindən verilən məlumata görə, 2024–2025-ci tədris ilində dövlət liseylərindəki dərs saatlarının təxminən 10 faizi müəllimsiz keçib.

MƏNBƏ:TRT