Meksikanın Sinaloa ştatındakı həbsxanada baş verən iğtişaş nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.
Sinaloa İctimai Təhlükəsizlik Katibliyinin açıqlamasına görə, hadisə Mazatlandakı həbsxanada ziyarət saatları zamanı qeydə alınıb. İğtişaş zamanı 9 məhbus və bir məhbusun yaxını həyatını itirib, xəsarət alan 16 məhbus isə xəstəxanaya yerləşdirilib.
Yerli KİV-lərin məlumatına görə, hadisə iştirakçıları qarşıdurma zamanı odlu silahdan istifadə ediblər.
Meksika Federal Təhlükəsizlik Kabineti həbsxanadakı vəziyyətin tam nəzarət altına alındığını açıqlayıb. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.


















