ABŞ mediasının məlumatına görə, Atlantik okeanında yaranan və 2-ci kateqoriya intensivliyinə çatan "İsaias" qasırğası ölkənin şərq sahillərinə doğru irəliləyir.
Həftəsonu sahilyanı ərazilərə çatması gözlənilən təbii fəlakətin bu müddət ərzində daha da güclənəcəyi proqnozlaşdırılır. Təbii fəlakət səbəbindən Alabama, Florida və Corciya ştatlarının bəzi bölgələrində sakinlər üçün təcili təxliyə əmrləri verilib.
Qeyd edək ki, Floridadakı bəzi hava limanlarında uçuşlar dayandırılıb, eləcə də qatar xidmətlərinin fəaliyyətinin müvəqqəti olaraq təxirə salınması gözlənilir.


















