DÜNYA
1 dəqiqə oxuma
ABŞ vətəndaşlarının Fələstində qətlə yetirilməsi İsrail tərəfindən örtbas edildiyi iddia olunur
İşğal altındakı İordan çayının qərb sahilində qətlə yetirilən ABŞ vətəndaşlarına dair məlumatların ABŞ-nin İsrail hökuməti yanındakı Səfirliyi tərəfindən gizlədildiyi iddia edilir
ABŞ vətəndaşlarının Fələstində qətlə yetirilməsi İsrail tərəfindən örtbas edildiyi iddia olunur
İsrail Xarici İşlər Naziri və ABŞ-ın İsraildəki səfiri (Arxiv)

ABŞ-nin Demokrat senatoru Kris Van Hollen işğal altındakı İordan çayının qərb sahilində qətlə yetirilən amerikalılarla bağlı məlumatların ABŞ-nin İsrail hökuməti yanındakı Səfirliyi tərəfindən gizlədildiyini iddia edib. Senator bu cəhdin araşdırılması üçün ABŞ Senatına müraciət edib.

Məsələylə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edən Van Hollen bildirib: "ABŞ-nin İsrail hökuməti yanındakı Səfirliyi Amerika vətəndaşlarının öldürülməsi ilə bağlı məlumatları gizlədir. ABŞ-nin İsrail hökuməti yanındakı səfiri Mayk Hakabi və onun bu sahədəki səlahiyyətli nümayəndəsi B.Netanyahunun rəhbərlik etdiyi hökuməti, eləcə də İsrail hakimiyyətini qorumaq məqsədilə bu faktların üstünü örtür".

Van Hollen bu səbəbdən ABŞ Senatının Xarici Əlaqələr Komitəsindən faktların gizlədilməsi cəhdinin araşdırılmasını tələb edib.

ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının hazırda İsrail hökumətini qoruduğunu və faktları örtdüyünü qeyd edən Van Hollen əlavə olaraq deyib: "Əgər öldürülən Amerika vətəndaşlarının hüquqlarını müdafiə etmiriksə, bu, istər İordan çayının qərb sahilində, istərsə də dünyanın başqa bir yerində olsun, nahaq yerə qətlə yetirilən heç kimi müdafiə edə bilməyəcəyimizi göstərir".

MƏNBƏ:TRT