DÜNYA
1 dəqiqə oxuma
İranla müharibədə 81 ABŞ hərbi təyyarəsi ya itkin düşüb, ya da birdəfəlik zədələnib
ABŞ Konqresinin Tədqiqat Xidmətinin hesabatında ölkənin fevralın 28-dən bəri İran müharibəsində 81 hava nəqliyyat vasitəsini itirdiyi və ya bu vasitələrə qalıcı zərər dəydiyi bildirilib
İranla müharibədə 81 ABŞ hərbi təyyarəsi ya itkin düşüb, ya da birdəfəlik zədələnib
ABŞ - İran müharibəsi (Arxiv)

ABŞ Konqresinin Tədqiqat Xidmətinin hesabatında ölkənin fevralın 28-dən bəri İran müharibəsində 81 hava nəqliyyat vasitəsini itirdiyi və ya bu vasitələrə qalıcı zərər dəydiyi bildirilib.

ABŞ Konqresinin Tədqiqat Xidməti İran müharibəsində hava nəqliyyat vasitələrinə dəyən zərərə dair hesabat hazırlayıb.

Hazırlanan hesabatda ABŞ-nin fevralın 28-də İrana qarşı hücumlar başlatmasından bəri helikopterlər, təyyarələr və PUA-lar daxil olmaqla 81 hava nəqliyyat vasitəsini ya tamamen itirdiyi, ya da bu vasitələrə qalıcı zərər dəydiyi qeyd olunub.

Hesabatda Konqresin Büdcə Ofisinin məlumatlarına istinad edilərək bu itkinin ümumi dəyərinin Müdafiə Nazirliyinin yeniləmə planlarından asılı olaraq 1,9 milyard ilə 3,3 milyard dollar arasında olduğu bildirilib.