DÜNYA
1 dəqiqə oxuma
Andriy Sıbiha: "Zelenski Prezident Ərdoğanın vasitəçiliyi ilə Putinlə görüşə bilər"
Ukraynanın xaricişlər naziri Andriy Sıbiha Prezident Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə və ya Prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə...
Andriy Sıbiha: "Zelenski Prezident Ərdoğanın vasitəçiliyi ilə Putinlə görüşə bilər"
(ARXİV) Ukrayna: "Zelenski Prezident Ərdoğanın vasitəçiliyi ilə Putinlə görüşə bilər"

Ukraynanın xaricişlər naziri Andriy Sıbiha Prezident Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə və ya Prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Rusiya Prezidenti Vladimir Putinlə bir araya gəlməsinin mümkün ola biləcəyini bildirib.

Ukraynanın "RBK-Ukrayna" xəbər agentliyinə müsahibə verən Sıbiha 2022-ci ilin fevralından bəri davam edən Rusiya-Ukrayna müharibəsinin yekunlaşdırılması istiqamətində görülən işləri qiymətləndirib.

ABŞ, Rusiya və Ukraynanın yer aldığı üçtərəfli görüşlərin yenidən keçirilməli olduğunu və buna hazır olduqlarını vurğulayan Sıbiha deyib: "Bunun mümkün olan ən yaxın zamanda baş tutmasını istəyirik. Sülhü daha da yaxınlaşdırmaq üçün ən kiçik fürsətdən belə istifadə edəcəyik”.

Müharibənin başa çatdırılması üçün Zelenski və Rusiya Prezidenti Putinin bir araya gəlməsinin vacibliyini dilə gətirən Sıbiha bunun ABŞ Prezidenti Trampın iştirakı və ya Prezident Ərdoğanın vasitəçiliyi ilə reallaşa biləcəyini diqqətə çatdırıb.